Dəm qazı təhlükəsinə dair tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi cari ilin dekabr ayı ərzində idarə, müəssisə və təşkilatlarda çalışan şəxslər, habelə işləməyən əhali üçün “Dəm qazı ölüm təhlükəsi yaradır” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

Sherg.az nazirliyə istinadən xəbər verir ki, tədbirlərə FHN-in aidiyyəti yerli qurumlarının əməkdaşları, eləcə də Mərkəzin əhatə etdiyi region üzrə rayon icra hakimiyyətlərinin və Xaçmaz Regional Qaz İstismarı İdarəsinin nümayəndələri cəlb edilib.

Tədbirlərdə dəm qazı təhlükəsi, o cümlədən məişətdə qazdan təhlükəsiz istifadə qaydaları, nasaz və sertifikatı olmayan qaz cihazlarının yaratdığı təhlükə barədə ətraflı məlumat verilib.