2024-cü ilin ən güclü valyutası müəyyənləşdi

2024-cü ildə Argentina pesosu 44,2 faiz möhkəmlənib ki, bu da digər valyutalardan daha güclü olmaq deməkdir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Məlumata görə, ikinci yerdə 21,2 faiz bahalaşan türk lirəsi qərarlaşıb.

Nəticədə argentinalıların orta əmək haqqı təxminən iki dəfə artaraq 990 dollara çatıb. Lakin bu, iqtisadiyyata baha başa gəldi. Məlum olub ki, yüksək peso məzənnəsinin saxlanılması valyuta ehtiyatlarının demək olar ki, tam tükənməsi ilə nəticələnib.