BMT Baş katibinin müavini Azərbaycana başsağlığı verib

BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd Azərbaycana başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Daimi Nümayəndəliyin “X” hesabında paylaşım edilib.

"BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin faciəvi qəzasında həlak olanların xatirəsi üçün açılmış kitabın imzalamaq üçün bu gün Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində olub", - məlumatda deyilir.