Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukraynanın “31 dekabra gedən qatar” adlı Yeni il komediyasında rol alıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə əsas rollardan birinin ifaçısı, teleaparıcı Yuri Qorbunov sosial şəbəkələrdəki hesabında məlumat yayıb.
Onun sözlərinə görə, filmin premyerası yanvarın 1-nə planlaşdırılıb.
Ssenariyə əsasən, hadisələr qatarda baş verir: Yeni il qabağı sərnişinlər Lvova yollanır və orada onları qeyri-adi sərgüzəştlər, görüşlər gözləyir.
Conson filmdə üzərində “Ukrzaliznıtsi” yazılmış baş geyimində səhnə alır, “Slava Ukraine!” qışqıraraq ukraynalıları Yeni il münasibətilə təbrik edir və məşhur “Hello everybody” ifadəsini səsləndirir.
“31 dekabra gedən qatar” filmimizin pərdəarxası. Consonyuk adlandırdığımız Boris Consona filmimizdə rol almağa razılıq verdiyi üçün təşəkkür edirik! Düşünürük ki, bu, kinonun sehrinə rəng qatan əlavə çalardır. Artıq bütün kinoteatrlarda!”, - Qorbunov yazıb.