Rusiya Prezidenti Vladimir Putin Avropada baş verən etirazların səbəbini hökumətlərin iqtisadi və maliyyə siyasətində buraxdıqları səhvlərlə əlaqələndirib.
Sherg.az xəbər verir ki, Putin “Vesti” telekanalına müsahibəsində Avropadakı aksiyaların Rusiya tərəfindən təhrik edildiyi barədə iddiaları rədd edib.
O, Avropa liderlərini problemlərə görə məsuliyyəti başqa ölkələrin üzərinə atmaqda ittiham edib, miqrasiya siyasətini və Rusiyanın enerji resurslarına tətbiq edilən məhdudiyyətləri tənqid edib.
Putin Rusiyanın Avropaya enerji təchizatından imtina etmədiyini bildirərək, Moskva ilə enerji ticarətini məhdudlaşdırmaq qərarının Avropa ölkələri tərəfindən verildiyini vurğulayıb.