Fransada etiraz aksiyaları zamanı saxlanılanların sayı 1,3 mini ötüb.
Axar.az xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Fransanın bütün ərazisi üzrə ümumilikdə 1314 nəfər saxlanılıb",- məlumatda deyilib.
Qeyd edək ki, Fransada etiraz aksiyaları sentyabrın sonunda təhsil sahəsindəki problemlərə görə orta məktəblərin yuxarı sinif şagirdlərinin keçirdiyi nümayişlərlə başlayıb və tədricən bütün ölkəni əhatə edib. Daha sonra nümayişçilər yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı çıxmağa başlayıblar.