ABŞ-da universitet yaxınlığında atışma: 12 nəfər xəsarət alıb

ABŞ-ın Florida ştatının Tallahassee şəhərində universitet kampusunun yaxınlığında baş verən atışma nəticəsində azı 12 nəfər xəsarət alıb.

Sherg.az.az xəbər verir ki, hadisə oktyabrın 24-də Florida Kənd Təsərrüfatı və Mexanika Universitetinin (FAMU) ərazisində keçirilən futbol matçından sonra, Perry küçəsində baş verib.

“Tallahassee Democrat” nəşrinin məlumatına görə, yaralılardan üçünün vəziyyəti ağırdır, daha bir nəfər isə kritik vəziyyətdədir.

Tallahassee polisi hadisə ilə bağlı araşdırma aparır.