Moskvanın bütün hava limanları bağlandı

Moskvanın “Vnukovo”, “Domodedovo” və “Jukovski” hava limanlarında təyyarələrin enişinə və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məhdudiyyətin səbəbi açıqlanmasa da, təhlükəsizlik baxımından müvafiq qərarın verildiyi ehtimal edilir.