İranda koronavirus geniş yayılır: Bəzi əyalət və şəhərlərdə sərt karantin rejimi tətbiq olunacaq


İranda yeni növ koronavirusa (COVİD-19) yoluxmanın geniş yayıldığı əyalət və şəhərlərdə (qırmızı zona) 1 həftəlik sərt karantin rejimi tətbiq olunacaq.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani  Koronavirusla Mübarizə  Qərargahının bugünkü iclasında bildirib.

H. Ruhani deyib ki, lazım gələrsə, bu müddət uzadılacaq. İran Prezidenti qeyd edib ki, iyul ayının 5-dən 21-dək  ölkədə qapalı və ictimai yerlərdə maskadan istifadə icbaridir və aidiyyatı qurumlar buna nəzarət etməlidir.