Putin: Müharibə gələn il başa çata bilər

Rusiya Prezidenti Vladimir Putin 2025-ci ildə Ukrayna konfliktinin sona çatacağını istisna etməyib.

Axar.az xəbər verir ki, Kreml rəhbəri müsahibəsində Rusiyanın müharibənin bitməsi üçün çalışdığını, eyni zamanda hərbi hədəflərə nail olmağa səy göstərdiyini bildirib.

Onun sözlərinə görə, Rusiya döyüş zonasında uğurlar əldə etməyə davam edəcək.