Kuba səfiri: Belə bir ağır gündə Azərbaycan xalqının yanındayıq

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması xəbəri məni çox sarsıtdı”.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Kuba Respublikasının Azərbaycandakı səfiri Karlos Enrike Valdes de la Konsepsyon söyləyib.

Səfir Azərbaycan ilə Kuba arasında çox sıx və mehriban dostluq əlaqələrinin olduğunu vurğulayıb. Bildirib ki, Kuba Respublikasının rəhbərliyi və Kuba xalqı bu xəbəri dərin kədər hissi və hüznlə qarşılayıb.

“Mən ölkəmin rəhbərliyi və Kuba xalqı adından bir daha qardaş və dost Azərbaycan xalqına başsağlığı verirəm. Həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə sağlıqlarına qovuşmağı arzulayıram” – deyə, diplomat vurğulayıb.

Qeyd edək ki, səfir Azərbaycanın Gürcüstandakı səfirliyinə gələrək burada da Azərbaycan xalqına başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.