Bu gün Honkonqun Monqkok rayonunda aksiya keçirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları Çinin Honkonqda milli təhlükəsizliyin təmin edilməsi ilə bağlı qəbul etməyə hazırlaşdığı qanun layihəsinə etirazlarını bildiriblər.
Polis aksiya iştirakçılarını dağıtmaq üçün bibər qazından istifadə edib, 41 kişi və 12 qadın olmaqla, 53 aksiya iştirakçısı saxlanılıb.
Qeyd edək ki, bu gün Çin Xalq Yığıncağının Daimi Komitəsində Honkonqda milli təhlükəsizliyin təmin edilməsi haqqında qanun layihəsinin müzakirəsinin yekun mərhələsinə başlanılıb. Qanun layihəsinin iyunun 30-da qəbul ediləcəyi gözlənilir.