İmza atıldı: Avropanın yeni nəsil müharibə təyyarəsi hazırlanır - FOTO

Yeni Nəsil Hava Döyüş Sistemi (FCAS) layihəsi üçün çox vacib bir addım atılıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, Avropanın ortaq döyüş təyyarəsi olacağı gözlənilən yeni nəsil döyüş təyyarəsinin prototipi üçün imzalar atılıb.Bir müddət davam edən danışıqlardan sonra Avropa mərkəzli çoxmillətli Airbus şirkəti və Fransız Dassault bir razılığa gəlib.
Layihə çərçivəsində döyüş təyyarələrinin  pilotsuz idarə olunan hava vasitələri istehsal etmək  hədəflənir.

Sözügedən layihə ilk olaraq Almaniyanın Baş naziri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron tərəfindən elan edilib.

Ancaq  ölkələr arasındakı ziddiyyətlər şirkətlərin qarşıdurmasına əlavə olunduğu üçün  layihə bir müddət  dayanmışdı.

Qeyd edək ki, qırıcı təyyarələr, pilotsuz hava vasitələri və onların inteqrasiyasını təmin edəcək sistem üçün 50 - 80 milyard avroluq bir investisiya nəzərdə tutulur.