“Pizza, hamburger”, kartof qızartması… hamısı çox sevdiyimdir…” deyən Amerikanın eks-prezidenti Donald Trampın keçmiş cangüdəni on il əvvəl verilmiş bir “McDonald's” sifarişinə görə ona 130 dollar borclu olduğunu deyib.
“Sherg.az” “Daily Mail”ə istinadən xəbər verir ki, Kevin McKay, 2008-ci ildə Şotlandiyadakı bir golf sahəsini ziyarət etdikdən sonra Trampın “McDonald's”a getmək istədiyini, lakin pulunun olmadığını bildirib:
"20 çizburger və kartof və 15 kola sifariş verdi və məndən nəğd pul istədi. Tramp, mənə pulu geri qaytaracağını bildirsə də, vermədi”.
Kevin keçmiş prezident üçün işləyərkən ayda yalnız 2700 dollar qazanıb.
Mckayin sözlərinə görə, həmin vaxt 130 dollar onun üçün böyük məbləğ idi:
“Düşünürdüm ki, “Kevin, budur sənə borclu olduğum pul” deyəcək, amma olmadı.
Tramp üçün çalışdım, amma 2012-ci ildə işdən qovuldum”.