Donbas bölgəsi yeni bir müharibənin astanasına yaxınlaşdıqca Ukrayna ilə Rusiya arasındakı gərginlik səngimir.
Məlum böhranla əlaqədar ABŞ-dan yeni bir xəbər gəlib. Ötən gün Moskvanın sərhəd bölgəsinə yeni hərbi daşımalar etdiyini göstərən görüntülər ortaya çıxıb.
ABŞ-ın açıqlamasında bu mövzuya da diqqət çəkilib. Rusiya əsgərlərinin Ukrayna sərhədi yaxınlarında və Krımda toplandıqları barədə məlumatlar 'inandırıcı' olaraq xarakterizə edilib.
Eyni açıqlamada, Moskvanın bu addımları 'təxribat' adlandırılıb və 'bu məsələni aydınlaşdırmağa' çağırıb.
Xarici İşlər Nazirliyinin sözçüsü Ned Prays Rusiyanı bölgədəki gərginliyi artırmamağa səsləyib.
Xarici İşlər Nazirliyinin jurnalistlərə verdiyi brifinq, Prezident Co Baydenin cümə günü Ukrayna Prezidenti Zelensky ilə görüşündən sonra baş verib.
Bayden çıxışında, Vaşinqton rəhbərliyinin Rusiyanın davamlı təcavüzü qarşısında Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam etdiyini vurğulayıb.
Qeyd edək ki, Ukraynanın şərqindəki Donbass bölgəsində Rusiyapərəst separatçıların açdığı atəş nəticəsində 2 Ukrayna əsgərinin öldüyü bildirilib.