Ağ Evin sözçüsü Cen Psaki, Rusiya ilə gərginlik yaşayan Ukraynanın yanında olduqlarını, ancaq bu ölkənin NATO-ya üzv olması üçün NATO-nun qərar verəcəyini açıqlayıb.
"Sherg.az" "CNN Türk"ə istinadən xəbər verir ki,C. Psaki, Ağ Evdə keçirdiyi mətbuat konfransında gündəmi qiymətləndirib və jurnalistlərin suallarını cavablandırıb.
İclasa qatılan bir jurnalist Ukrayna Prezidenti Vladimir Zelenskinin Kanada Baş naziri Catin Trudo ilə telefon danışığında ölkəsinin NATO-ya üzv olmaq istəyini dilə gətirdiyini və ABŞ-ın Ukraynanı bu mövzuda dəstəkləyəcəyini soruşduğunu xatırladıb.
Ukraynanın NATO-ya üzv olmaq istəyini çoxdan bəri ifadə etdiyini vurğulayan C.Psaki qeyd edib: “Ukraynaya hər zaman güclü dəstək veririk. Biz də onlara qarşı bir təhdidi dəf etməyə çalışırıq, ancaq Ukraynanın ittifaqa qoşulma qərarı NATO-nun verəbiləcəyi qərardır".
NATO Baş katibi Cens Stoltenberq, dünən sosial mediada göndərdiyi mesajda Zelenskiylə telefon danışığı barədə məlumat verib.
NATO-nun Rusiyanın Ukrayna və ətrafındakı hərbi fəaliyyətlərindən, atəşkəsi pozmasından ciddi şəkildə narahat olduğunu qeyd edən C.Stoltenberg deyib ki, NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
C.Stoltenberq Ukrayna ilə İttifaq arasındakı sıx tərəfdaşlığa sadiq olduqlarını vurğulayıb.
Qeyd edək ki, bu açıqlamadan qısa müddət sonra Ukraynadan görüşlə bağlı bir açıqlama verilib.
Ukrayna Prezidenti Vladimir Zelenski, NATO-nun Donbasdakı müharibəni bitirməyin yeganə yolu olduğunu bildirib.