Donbasda Ukrayna ordusu ilə rusiyapərəst separatçılar arasında gərginlik getdikcə artır.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki,Ukrayna Prezidenti Vladimir Zelenski, rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında gərginliyin artdığı Donbass bölgəsinə gedib. Ukrayna Prezident aparatından verilən açıqlamada Zelenskinin son vaxtlar atəşkəsin intensiv pozulduğu bölgələrə səfəri və Ukrayna liderinin bölgədəki əsgərlərlə görüşünün davamlı xarakter alacağı bildirilir.
Hətta D.Zelenski, sosial media hesabında bu barədə paylaşım edib:
“Baş Komandan olaraq Donbasdakı çətin anlarında əsgərlərimizlə birlikdə olmaq istəyirəm. Gərginliyin artdığı bölgələrə gedirəm. Dünən gecə güllələnən 23 yaşlı əsgər nur içində yatsın. Ukraynanın sülhə ehtiyacı var və bunun üçün hər şeyi edəcək".
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin açıqlamasında, Donbass bölgəsindəki Rusiyapərəst separatçıların dünən gecə yarısı ilə saat 07:00 arasında atəşkəsi beş dəfə pozduqları və bir Ukrayna əsgərinin atəş nəticəsində öldüyü deyilir.