Əfqanıstanın paytaxtı Kabildə qadınlar iş hüququ və təhsil almaq tələbi ilə etiraz aksiyası təşkil ediblər.
“Report”un məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
İştirakçıların sözlərinə görə, aksiyada məqsəd dünya ictimaiyyətini "Taliban"a təzyiqi göstərməyə çağırmaq olub.
Daha əvvəl "Taliban" hərəkatı Əfqanıstanda hakimiyyətdən icazəsiz etiraz aksiyalarının keçirilməsini qadağan edib.