Nyu-Yorkdakı 93 milyona alınan mənzil 190 milyon dollara satıldı

ABŞ-ın Nyu-York ştatında bir mənzil təxminən 190 milyon dollara satılıb. “Sherg.az” “Euronews”-a istinadən xəbər verir ki,  bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb. Manhettenin mərkəzində yerləşən 900 kvadrat metrlik lüks mənzil üçün ödənilən qiymət rekord qiymət kimi təsvir edilib.

WSJ bildirib ki, amerikalı milyarder Daniel Ok 3 il öncə 93 milyon dollara aldığı bu mənzili iki qatına satmaqla əhəmiyyətli qazanc əldə edib. “Forbes” jurnalının məlumatına görə, Okun şəxsi sərvəti 4,1 milyard dollar civarındadır. Mənzili alan şəxsin adı açıqlanmayıb.

 Çimnaz Şahlar