Tbilisidə Ukraynaya dəstək aksiyası keçirilib

Tbilisidə Ukrayna səfirliyi qarşısında “Utanc” hərəkatının təşkilatçılığı ilə Ukraynaya dəstək aksiyası keçiriblər.

24News.ge xəbər verir ki, aksiyada vətəndaş fəalları, ictimai xadimlər və siyasi partiyaların üzvləri iştirak ediblər.

Aksiya iştirakçıları Ukrayna və Gürcüstanın dövlət himnlərini səsləndirib, hər iki ölkənin bayraqlarını dalğalandırıblar.

Etirazçılar “Rusiyasız Ukrayna və Gürcüstan”, “Ukraynaya azadlıq”, “Biz heç vaxt Sovet İttifaqına qayıtmayacağıq” və s. şuarlar səsləndirib, əllərində plakatlar tutublar.

Etirazçılar Ukrayna ilə bağlı baş verən hadisələr barədə Gürcüstan hökumətinin səs çıxarmasının vacib məsələ olduğunu bildiriblər.