İngiltərə kraliçası konsort kraliçanı elan edib


İngiltərə kraliçası II Elizabet hakimiyyətə gəlişinin 70 illiyi ərəfəsində Britaniya xalqına müraciət edib.

APA-nın xəbərinə görə, II Elizabet konsort kraliçanı elan edib. Kraliça platin yubileyində bildirib ki, o, oğlu Çarlz hakimiyyətə gələcəyi təqdirdə arvadı Kamiliyanın konsort kraliça olmasını istəyir.


İndiyədək mövcud olmuş ənənəyə görə, şahzadə Çarlzın ikinci arvadı yalnız konsort şahzadə ola bilərdi.