Ermənistanda zəruri tələbat malları bahalaşır



Ermənistanda zəruri tələbat malları, eləcə də xidmət tarifləri gündən-günə bahalaşır. İnsanların gəlirləri artmır, xərcləri isə böyük sıçrayışla yüksəlir.

AZƏRTAC xəbər verir ki, bunu “pastinfo.am”a açıqlamasında ölkədə yaranan acınacaqlı vəziyyətdən danışan Auditorlar Palatasının sədri Nairi Sarkisyan bildirib. O, inflyasiyanın icra hakimiyyətinə sərfəli ola biləcəyini istisna etmir. “Problem vergilərin yığılması sahəsindədir. İnvestisiyalarımız, yeni filiallarımız, sənayemiz yoxdur, ona görə də vergi yığmırıq. İqtisadiyyatın inkişaf etmədiyi, investisiyaların olmadığı, həcmə görə vergi yaratmaq mümkün olmadığı halda nə etməliyik?”, - deyə Sarkisyan nəşrə bildirib.

O vurğulayıb ki, suyun, işığın qiyməti qalxıb, qazın qiyməti də tezliklə qalxacaq. İqtisadçının fikrincə, bütün bunların nəticəsi yoxsulluğun dərinləşməsi olacaq. Auditorlar Palatasının sədri, həmçinin bildirir ki, tariflərin artırılmasında maraqlı yeganə tərəf hökumətdir”.