Odessada hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22-yə çatıb


Odessa vilayətində hərbi hissəyə hücum nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Xilasedicilər dağıntıların təhlilini başa çatdırıblar - hərbi hissəyə hərbi zərbə endirilməsi nəticəsində 22 nəfər həlak olub (11 kişi və 11 qadın).

Altı nəfər dağıntılar altından çıxarılaraq Podolski şəhər xəstəxanasına yerləşdirilib. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

16:06
Odessa vilayətinin Podolsk rayonunda yerləşən hərbi hissəyə endirilmiş zərbə nəticəsində 18 nəfər – 8 kişi və 10 qadın ölüb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Odessa Vilayəti Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Dağıntılar altından çıxarılmış 6 nəfər xəstəxanaya yerləşdirilib.