Melitopol şəhəri uğrunda küçə döyüşləri gedir


Ukraynanın Melitopol şəhəri uğrunda şiddətli döyüşlər gedir.

Bu barədə Melitopol rayonu üzrə dövlət administrasiyasının sədri İqor Sudakov bildirib.

O bildirib ki, Rusiya qoşunları şəhərdəki inzibati binaları tutmağa cəhd edir.

“Şəhərimiz üçün çox gərgin səhərdir. Düşmən Melitopol şəhərinin inzibati binalarını tutmağa və ya məhv etməyə çalışır. Siz öz evlərinizdə atəş və partlayış səslərini eşidirsiniz – şəhər döyüşləri gedir”, - deyə o qeyd edib.

Mənbə: Segodnya.ua