“Anonymous” hakerlər qrupu Rusiyaya kibermüharibə elan edib və Rusiyanın RT telekanalının saytına haker hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
“Anonymous” kollektivi Rusiyaya rəsmən müharibə elan edir”, - deyə qrupun “Twitter”dəki bəyanatında deyilir. Hakerlər öz paylaşımlarına #Ukraine heşteqi əlavə ediblər.
Qeyd edək ki, RT dünəndən etibarən haker hücumlarına məruz qaldığını və ünvanların təxminən 27 %-nin ABŞ-da yaradıldığını bildirmişdi.
Bundan başqa 24 fevral axşam Kremlin, Rusiya hökumətinin, Dövlət Dumasının və Federasiya Şurasının internet saytları da çətinliklə işləyib. Prezidentin sözçüsü Dmitri Peskov administrasiyanın resurslarının hücuma məruz qalmadığını bildirib.