"Le Monde" yazır: Rusiya qoşunları Kiyevin mərkəzinə yaxınlaşır


Ukraynanın paytaxtı Kiyevin mərkəzinə yaxın Obolonski məhəlləsində döyüşlər gedir, partlayış səsləri eşidilir.
“Sherg.az” “Lemonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna hərbçiləri məlumat veriblər. Onlar qeyd ediblər ki, Rusiya qoşunları paytaxta şimal-şərqdən və şərqdən yaxınlaşır. Və artıq orada təxribat əməliyyatları həyata keçirir.