Rusiya Müdafiə Nazirliyi:“Çernobıl Atom Stansiyası...”

Rusiya Müdafiə Nazirliyi bəyanat yayaraq, qoşunlarının Çernobıl Atom Stansiyasını mühafizə etdiyini bildirib.  "Sherg.az" BBC"ə istinadən xəbər verir ki, nazirlik bunu millətçi qruplar və digər terror təşkilatlarının  nüvə təxribatı törədə bilməməsi  üçün etdiyini söyləyir. 

Rusiya həmçinin zavodun ətrafındakı radiasiya səviyyəsinin normal olduğunu və işçilərin radioaktivlik səviyyəsinə nəzarətin davam etdirildiyini bildirib. Rusiya bəyanatda müharibə ilə bağlı qazandığı müvəffəqiyyətlərlə bağlı müxtəlif iddialar irəli sürüb. O, həmçinin 150-dən çox Ukrayna əsgərinin təslim olduğunu, hərbi infrastruktur obyektlərinin, silah və avtomobillərin məhv edildiyini bildirib.

Qeyd edək ki,  rəsmi Kiyev "Facebook"da  Donetsk və Luqanskda rus qoşunlarının uğursuz xətt tutduqlarını bildirib.

Cəmilə ƏZİM