Kiyev yaxınlığındakı üçüncü körpü də partladıldı  - VİDEO

Rusiya ordusunun Kiyevə irəliləyişinin qarşısını almaq üçün şəhər yaxınlığındakı daha bir körpü partladılıb.
Sosial şəbəkələrdə Vışqorod yaxınlığındakı körpünün partladılmasının görüntüləri yayılıb. Sözügedən körpü Kiyevin 20 kilometrliyində yerləşir.
Qeyd edək ki, buna qədər Kiyev yaxınlığındakı İvankov və Romanovka bölgələrindəki körpülər də partladılmışdı.
Həmin görüntüləri təqdim edirik: