Şahzadə Harri və Meqan: "Ukraynanı dəstəkləyirik"

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Rusiyanın Ukraynada keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlarla bağlı bəyanat yayıb.

Axşam.az xəbər verir ki, “Biz Ukrayna xalqını dəstəkləyirik” adlı bəyanat onların xeyriyyə fondunun saytında yerləşdirilib.

“Şahzadə Harri və Meqan və “Archewell”in bütün əməkdaşları Ukrayna xalqı ilə bərabər beynəlxalq və humanitar hüququn pozulmasının əleyhinə çıxırlar. Biz dünya ictimaiyyətini və onun liderlərini də eyni şeyi etməyə çağırırıq” - deyə, bəyanatda deyilir.