Snup Doq tanınmış reperin ölümünə görə məhkəməyə verildi


Reper Drakeo the Ruler ölümünə görə “Once Upon a Time” festivalının təşkilatşıları məhkəməyə verilib.

Axşam.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb. Bildirilib ki, mərhum reperin qardaşı onun ölümünə görə təşkilatçıların məsuliyyət daşıdığını iddia edib. Bu səbəbdən o, aralarında məşhur reper Snup Doq da olduğu festival heyyətindən şikayətçi olub. O, iddia edib ki, festival rəhbərliyi lazımi səviyyədə təhlükəsizliyi təmin etməyib. O, həmçinin qeyd edib ki, festivalın keçirildiyi Ekspozisiya parkı Los-Ancelesdə kriminal ərazidə yerləşirmiş.

Reperin qardaşının söslərinə görə, həmin gün girişdə yalnız bir neçə itləri olan mühafizəçi olub və onlar bütün maşınları yoxlamayıblar. Drakeo tədbirə gələndə 50-100 nəfərin hücumuna məruz qalıb. 15 dəqiqə davam edən davadan sonra 28 yaşlı ifaçı boyun nahiyəsindən ölümcül yaralanıb.