ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynadakı vəziyyətlə bağlı fevralın 27-də növbəti iclasının çağırılmasını istəyib.
Trend-in məlumatına görə, bu barədə "TASS"a nümayəndə heyətlərindən birindəki mənbə xəbər verib.
"Sorğu göndərilib", - deyə mənbə bildirib. Prosedura əsasən, müraciəti aldıqdan sonra BMT Təhlükəsizlik Şurasının sədri iclas təyin edəcək.
"TASS"ın digər mənbəsi izah edib ki, iclas BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkili ilə bağlı “prosessual səsvermə üçün” çağırılıb. Prosessual səsvermədə qərar qəbul etmək üçün Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun səsi tələb olunur, bu halda veto etibarlı sayılmır.