Səfirlik Ukraynadan Misir kurortlarına getmiş azərbaycanlılara müraciət edib


Azərbaycanın Misirdəki səfirliyi Ukrayna ərazisindən Şarm əl-Şeyx və Hurqada kurort mərkəzlərinə istirahətə getmiş Azərbaycan vətəndaşlarına müraciət edib.

Bu barədə “Report”a səfirliyin konsulluq şöbəsindən məlumat verilib.

Bildirilib ki, Ukraynadan getmiş və həmin ölkəyə qayıtmaq imkanı olmayan Azərbaycan vətəndaşlarının Vətənə qayıtması üçün bütün tədbirlər görüləcək.

Diplomatik nümayəndəlik onlardan konsulluq şöbəsində fəaliyyət göstərən “qaynar xətt”ə müraciət etməyi xahiş edib.