Avropa Parlamentində Zelenski ayaq üstə alqışlandı - FOTO

Avropa İttifaqı parlamentinin Ukrayna münaqişəsini müzakirə edən xüsusi sessiyasının açılışında emosional səhnələr yaşanıb.
"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki, parlamentin deputatları üzərlərində Ukrayna bayrağı olan köynəklə ayağa qalxır.  Ukrayna səfiri bu addımı ayaqda alqışlayıb.
Avropa Parlamentinin sədri Roberta Mesola videobağlantı vasitəsilə qoşulan prezident Zelenskiyə təşəkkür edib, Ukrayna xalqının öz ölkəsini müdafiə edən qəhrəmanlığını yüksək qiymətləndirib:

"Cənab prezident, ayağa qalxmağın nə demək olduğunu dünyaya göstərdiyiniz üçün sizə təşəkkür edirəm. Bizə arxayın olmağın təhlükələrini xatırlatdığınız üçün minnətdaram"
Xanım Mesola həmçinin bildirib ki, parlament Ukraynanın Aİ-yə üzv olmaq üçün müraciətini alqışlayır və bunun reallığa çevrilməsi üzərində çalışacaq.

Cəmilə ƏZİM