İtaliya Rusiya qazından imtina etməyə hazırdır

İtaliya yaxın perspektivdə Rusiyadan qaz nəqlinin tamamilə dayandırılmasına tab gətirə bilər, lakin bu, sonrakı qış mövsümlərində vəziyyəti çətinləşdirə bilər.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Baş nazir Mario Dragi parlamentdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hətta Rusiya gələn həftə qaz tədarükünü azaltsa belə, olan ehtiyat həcmləri və alternativ idxal axınları pik tələbatı ödəyə biləcək, xüsusən də hava şəraitinin yumşaq keçəcəyi təqdirdə.

"Lakin Rusiyadan tədarükün olmadığı təqdirdə, qarşıdan gələn qışlar və hətta yaxın gələcəkdə vəziyyət daha da çətinləşmə riski daşıyır", - Baş nazir bildirib.

O əlavə edib ki, İtaliya Əlcəzair və Azərbaycan kimi digər qaz hasil edən ölkələrdən tədarükün artırılması, eləcə də mayeləşdirilmiş təbii qaz terminallarının istifadəsinin genişləndirilməsi istiqamətində çalışır.