Şoyqudan Kiyev sakinlərinə ÇAĞIRIŞ: “...Tərk edin, vuracağıq”

Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqu Kiyev sakinlərinə Ukrayna paytaxtında hədəfləri vurmağa hazırlaşdıqları barədə xəbərdarlıq edib.
"Sherg.az" "BBC"ə istinadən xəbər verir ki, rəsmi Moskvanın qüvvələri Ukrayna Təhlükəsizlik Xidmətinin texnoloji mərkəzlərinə və Kiyevdəki 72-ci əsas “PsyOps” mərkəzinə yüksək dəqiqliklə zərbələr endirməyə hazırlaşır:

“Biz millətçilərin Rusiyaya qarşı təxribat törətmək üçün istifadə etdiyi Ukrayna vətəndaşlarını, eləcə də “Relay” stansiyalarının yaxınlığında yaşayan Kiyev sakinlərini evlərini tərk etməyə çağırırıq”.

Rəsmilər zərbələrin şimal qonşumuza qarşı informasiya hücumlarının qarşısını almaq üçün edildiyini iddia edib.

Cəmilə ƏZİM