Gəmilərin limanlarına daxil olması yasaqlanıb
Böyük Britaniya Rusiya ilə əlaqəli gəmilərin limanlarına daxil olmasını qadağan edib. “Sherg.az”a xəbər verir ki, bu barədə adıçəkilən ölkənin nəqliyyat naziri Qrant Şapp "Twitter"də paylaşım edib:
"London Xarici İşlər Nazirliyində Rusiya ilə əlaqəsi olan bütün gəmilərin Britaniya limanlarına daxil olmasını tamamilə qadağan edən qanunu imzalayan ilk ölkə olduq”.
O xarici işlər naziri Ceyms Smart ilə şəklini yerləşdirərək digər ölkələri də eyni addımı atmağa çağırıb.
Cəmilə ƏZİM