Ukrayna Gürcüstan və Qırğızıstandakı səfirlərini niyə geri çağırıb? – AKTUAL



“Yayılan məlumata görə guya Gürcüstan və Qırğızıstanda könüllülər Ukraynaya vuruşmağa getmək istəyir. Lakin hakimiyyət buna icazə vermir
“Eyni zamanda Gürcüstan höküməti bildirib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmur və açıq şəkildə bildiriblər ki, onlar üçün əsas dövlət maraqlarıdır. Rusiya da buna görə Gürcüstana təşəkkür etdi”
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Gürcüstan və Qırğızıstandakı səfirlərini məsləhətləşmək üçün geri çağırıb. Bu barədə məlumatı “RİA Novosti” yayıb. Səfirlərin çağırılmasına səbəb kimi sözügedən ölkələrin Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla bağlı mövqeləri göstərilir.

Səfirlərin geri çağırılması ilə bağlı “Sherg.az”a danışan politoloq Əhəd Məmmədli bildirib ki, burada əsas məsələ dövlətlərin öz maraqlarıdır:

“Yayılan məlumata görə guya Gürcüstan və Qırğızıstanda könüllülər Ukraynaya vuruşmağa getmək istəyir. Lakin hakimiyyət buna icazə vermir. Buna görə də Ukrayna səfirlərini geri çağırıb. Bilirik ki, Gürcüstan və Qırğızıstan  demokratik ölkələrdir. Hakimiyyətlərdə inqilab olub  və hakimiyyət dəyişib.  Eyni zamanda Gürcüstan höküməti bildirib ki, Rusiyaya qarşı sanksiyalara qoşulmur və açıq şəkildə bildiriblər ki, onlar üçün əsas dövlət maraqlarıdır. Rusiya da buna görə Gürcüstana təşəkkür etdi.  Bu da onu göstərir ki, geopolitik münasibətlərdə əsas olan demokratiya dəyərləri  yox, dövlətin maraqlarıdır”. 

Çimnaz Şahlar