Kuleba:“Bəzi ölkələr Ukraynanı silahla təmin etmək barədə fövqəladə qərarlar qəbul edib”


Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, bəzi ölkələr Ukraynanı silahla təmin etmək üçün misli görünməmiş qərarlar qəbul edib. Belə ki, həmin ölkələr əvvəllər heç kimə silah verməyib.

O, bu barədə onlayn brifinq zamanı danışıb.

Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bitərəf Finlandiya əvvəllər dünyanın heç bir ölkəsinə hərbi yardım göstərməyib. İndi isə öz tarixində ilk dəfə olaraq Ukraynaya belə yardım göstərmək qərarına gəlib.

İsveç və Norveç də Ukraynaya kömək edəcəklərini bəyan edib.

“Kiçik, lakin qürurlu ölkə olan Lüksemburq Ukraynanı müasir tank əleyhinə silahlarla təmin edir. Neytral Avstriya dəbilqələr, qoruyucu jiletlər göndərir”, - nazir əlavə edib.

“Mübarizəni davam etdirmək üçün hər cür əsasımız var. Müqaviməti davam etdirməliyik”, - Kuleba vurğulayıb.

Mənbə: “Unian”