Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya Prezidenti Aleksandr Van der Bellen və Niderlandın Baş naziri Mark Rutte ilə telefon danışığı aparıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyası yayıb.
Qeyd olunub ki, həmkarları ilə danışıq zamanı Ərdoğan Rusiya-Ukrayna müharibəsini müzakirə edib, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayıb.
Həmçinin Ərdoğan tərəflər arasında tez bir zamanda atəşkəsə nail olmaq üçün Türkiyə dövlətinin səyləri davam etdirəcəyini bildirib.