NATO nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmağı planlaşdırmır


NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hazırda alyansın nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq üçün heç bir səbəb görmür.

“Biz hər zaman müttəfiqlərimizi qorumaq və müdafiə etmək üçün lazım olan hər şeyi edəcəyik. Lakin biz hesab edirik ki, hazırda NATO nüvə qüvvələrinin hazırlıq səviyyəsini dəyişməyə ehtiyac yoxdur”, - Stoltenberq bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Ağ Evin sözçüsü Cen Psaki də bildirmişdi ki, Birləşmiş Ştatlar öz nüvə qüvvələrinin hazırlıq səviyyəsini artırmaq üçün heç bir əsas görmür.

Mənbə: “RİA Novosti”