ABŞ Zelenskiyə xüsusi telefon göndərib


Telefonun bir üstünlüyü də budur ki, enerjisi tükəndikdə avtomobillərdən enerji toplaya bilir

ABŞ ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında müharibə başlamazdan əvvəl daim əlaqə saxlanıldığı bildirilib. Bu barədə CNN məlumat yayıb. “Şərq” xarici mediaya istinadən xəbər verir ki, bu əlaqə ABŞ tərəfindən Ukrayna hökumətinə göndərilmiş peyk telefonu vasitəsilə mümkün olub. 

CNN-nin ABŞ rəsmilərindən əldə etdiyi məlumatda bildirilir ki, hər iki dövlətin rəhbər şəxsləri arasında əlaqə ABŞ-ın Kiyevdəki səfirliyi üzərindən yaradılıb. Lakin ABŞ Rusiyanın hərbi təcavüzü başladıqda Kiyevdəki səfirini geri çağırıb, bununla da telefon əlaqəsi kəsilib. Bundan sonra ABŞ hökuməti ukraynalı rəsmilərlə “xəttdə” qalmaq üçün yeni peyk telefonları göndərib. Bunun sayəsində Amerika hökuməti Zelenski harda olursa-olsun onunla əlaqə saxlaya bilir. Prezidentdən başqa, Ukrayna Xarici İşlər naziri Dmitro Kulebaya da bu telefondan verilib. Telefonların bir üstünlüyü də budur ki, enerjisi tükəndikdə avtomobillərdən enerji toplaya bilir.

Məlahət