Nazirlik rus tanklarının zəif nöqtələrini göstərib


Ukraynalılara molotof kokteylinin hazırlanması üsulu öyrədilir

Rusiya-Ukrayna müharibəsinin 8-ci günüdür. Rus silahlı qüvvələri ölkənin bir çox şəhərini mühasirəyə alıb. Bir neçə kilometr uzunluqdakı rus ordusu Ukraynaya ciddi zərbə vurmaq üçün Kiyev sərhədlərindədir. Ukrayna xalqı əsgərlərlə birlikdə döyüşür. 
Sosial mediada yayılan görüntülərdə bəzi mülki vətəndaşların rus tanklarına molotof kokteyli atdığı müşahidə olunub. Ukrayna Müdafiə Nazirliyi isə özünün tviter hesabında diqqət çəkən paylaşım edib. Nazirlik vətəndaşlara molotof kokteylinin hazırlanması üsulunu göstərib. 
Müdafiə Nazirliyi eyni zamanda rus tanklarının zəif nöqtələrini göstərib və vətəndaşlara necə hücum etməli olduqlarını öyrədib. 
Məlumatın ikinci hissəsində rus tanklarının arxasında mühərrik havalandırma sisteminin olduğu vurğulanıb. Hərbi texnikanı yararsız hala gətirmək üçün həmin hissəyə hücum edilməsi tövsiyə edilib. Bununla yanaşı, tank cihazlarının lüləyinin altında yerləşdirilən optik cihazlara zərər verildiyində içəridəkilərin çölü görə bilmədikləri qeyd olunub. 

Sənan İsmayıl