Böyük Britaniyadan Rusiya aviasiya şirkətlərinin sığortasına qarşı SANKSİYA

Böyük Britaniya Rusiya aviasiya şirkətlərinin sığortasına qarşı sanksiyalar tətbiq edib.
"Sherg.az" "CNN"ə istinadən xəbər verir ki, Britaniyanın Xəzinədarlığı İdarəsi rəsmi Moskvanın Ukraynaya olan işğalçı rejiminə qarşı cəzaların tətbiqindən bəhs edib:
"Aviasiya və ya kosmik sənaye ilə bağlı Rusiya şirkətlərinin sığorta və ya təkrarsığorta xidmətlərindən istifadəsinin qarşısı alınacaq.

Birləşmiş Krallıq bu gün Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq elan edib. Ciddi iqtisadi sanksiyalar tətbiq etmək öhdəliyini nümayiş etdiririk”.

Qeyd edək ki, aviasiya Rusiyanın Ukraynaya hücumundan sonra əsas hədəf olub, Qərbin dəstəklədiyi sanksiyalar ölkənin hava və aerokosmik sektorlarına təsir edib.

Cəmilə ƏZİM