16 min muzdlu əsgər Ukrayna tərəfindən vuruşacaq

16 min muzdlu əsgər Ukrayna tərəfindən vuruşacaq.
“Sherg.az” RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski öz videomüraciətində bildirib.
“Ukrayna artıq ölkəmizə gələn xarici könüllüləri qarşılayır, 16 min xarici əsgər azadlığımızı müdafiə etməyə hazırlaşır”, - ölkə lideri deyib.
Bundan əvvəl V.Zelenski könüllü olaraq döyüş əməliyyatlarında iştirak etmək məqsədilə ölkəyə gələn əcnəbilər üçün vizasız rejim tətbiq ediləcəyini açıqlayıb. Bu qərar hərbi vəziyyət dövründə tətbiq edilir. Eyni zamanda, prezidentin bildirdiyi kimi, vizasız rejim “təcavüzkar dövlət”in vətəndaşlarına şamil edilmir.

Çimnaz Şahlar