Belçika Ukraynadakı müharibəyə görə AES-lərin xidmət müddətini 10 il uzadıb

Belçika hakimiyyəti Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar ölkədəki iki Atom Eektrik Stansiyasının (AES) ximdət müddətini 10 il uzadıb.

“Report” “dw”yə istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksander De Kroo tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Belçika energetika sahəsində müstəqilliyini gücləndirmək üçün hökumət bərpa olunan enerji mənbələrinə keçməyi sürətləndirmək niyyətindədir. Plana əsasən, hakimiyyət “Dul” və “Tianj” AES-in “Dul-4”, “Tianj-3” reaktorlarının xidməti müddətinin 2035-ci ilədək uzadacaq.

Buna səbəb olaraq Rusiyanın Ukrayandakı hərbi əməliyyatları nəticəsində enerjidaşıyıcılarının qiymətinin kəskin bahalaşması göstərilir.

Bəhs edilən stansiyaların 2025-ci ildə bağlanması planlaşdırılıbmış.