Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk nə Rusiya, nə Ukrayna, nə də digər dövlətlər tərəfindən heç bir hərbi əməliyyatı dəstəkləməyib və dəstəkləmir.
“Mən heç vaxt heç bir hərbi əməliyyatı dəstəkləməmişəm və dəstəkləməyəcəyəm də... Nə Rusiya, nə Yaponiya, nə Amerika, nə də Ukrayna tərəfindən. Müharibə qəbuledilməzdir”, - deyə Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.
Eyni zamanda, Belarus prezidenti xatırladıb ki, Minsk və Moskva müttəfiqdirlər və onların ən yaxın münasibətləri məhz hərbi-siyasi sahədədir.
Mənbə: RİA Novosti