Müharibə səbəbindən evlərindən didərgin düşən ukraynalıların sayı AÇIQLANDI


Rusiya-Ukrayna müharibəsi səbəbindən təxminən 6,5 milyon vətəndaş Ukrayna daxilində evlərini tərk etmək məcburiyyətində qalıb. Daha 3,3 milyon nəfər isə fevralın 24-dən xaricə səfər edib.


Bu barədə BMT-nin hesabatında deyilir.

Ümumilikdə, məcburi köçkünlərin və başqa ölkələrə qaçmış insanların sayı təqribən 9,8 milyon nəfər və ya ölkə əhalisinin 23 %-dən çoxunu təşkil edir.

Mənbə: UNIAN