Türkmənistanda hökumət istefaya göndərilib

Türkmənistanın yeni seçilmiş prezidenti Sərdar Berdimuhəmmədov hökuməti istefaya göndərib.

APA-nın xəbərinə görə, bu barədə “Orient” nəşri məlumat yayıb.

Konstitusiyanın tələbinə əsasən hökumət tam tərkibdə istefaya gedib. Lakin nazirlər yeni kabinet formalaşanadək vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, Sərdar Berdimuhəmmədov martın 12-də keçirilən seçkilərdə 72,97% səslə qalib gəlib.