Fevralın 24-dən bəri 1,5 milyondan çox uşaq Ukraynanı tərk edib.
Trend-in məlumatına görə, bu barədə UNICEF-in press-relizində deyilir.
"Fevralın 24-dən bəri Ukraynadakı hadisələr nəticəsində 1,5 milyondan çox uşaq qaçqın düşüb", - deyə press-relizdə bildirilir.
UNICEF həmçinin son həftələrdə Ukraynanı tərk etmiş uşaqların müdafiəsi üçün tədbirləri gücləndirməyə çağırıb.