Rusiyalı komandan müavini öldürüldü - FOTO

Rusiya Hərbi-Dəniz Qüvvələrinin Qara Dəniz donanmasının komandan müavini, birinci ranqlı kapitan Andrey Paliy Ukraynada həlak olub.

Milli.Az bildirir ki, bu barədə onun tanışı, "Sodeystvie" konsaltinq qrupunun prezidenti Konstantin Tsarenko məlumat verib.

A.Paliyin harada və hansı şəraitdə həlak olduğu barədə informasiya hələlik yoxdur.

Ukrayna vətəndaşı olmuş Paliy Ukrayna Milli Qvardiyasında xidmət edib. 1993-cü ilin martında isə Ukraynanın hərbi andını qəbul etməkdən boyun qaçırıb və Rusiyanın Şimal Hərbi Donanmasına yollanıb.

2008-ci ilin avqust-sentyabr aylarında o, Gürcüstana qarşı müharibədə iştirak etmişdi.

Qara dəniz Hərbi Donanmasının komandanının hərbi-siyasi iş üzrə müavini idi.